Siyasət

İran səfiri: "Azərbaycandan İrana yardımlar təklif olunur"

13 Noyabr 2017 14:26
0 Şərh     Baxış: 1 038

İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq.

Milli.Az xəbər verir ki, bunu APA-ya İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, zəlzələdən sonra Azərbaycanın dövlət orqanlarından İrana yardımlar təklif olunub: "Təklif edilən yardımlarla bağlı İranın aidiyyəti qurumlarını məlumatlandıracağıq".
 
Səfir bildirib ki, son məlumatlara görə, İranda baş vermiş zəlzələ nəticəsində ölü sayı 214 nəfərə çatıb, xəsarət alanların sayı isə 1700-dən çoxdur.
 
Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.