Siyasət

Daha iki erməni deputat Bakıya gəlir

12 Noyabr 2017 14:10
112 Şərh     Baxış: 5 572

2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, iclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq. Daha dəqiq desək, iclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcəklər.

Xatırladaq ki, bu, erməni deputatların Bakıya ilk gəlişi deyil. Belə ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iki ay əvvəl Azərbaycan paytaxtında olmuşdular. Onlar Bakıda keçirilən "Avronest" Parlament Assambleyasının iclasında iştirak etmişdilər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.