Siyasət

Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olundu

10 Noyabr 2017 10:37
0 Şərh     Baxış: 797

Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) noyabrın 9-da Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında iştirak ediblər.
Onlar Daimi Şurada danışıqlar prosesinin inkişafı və regionda mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat veriblər.
Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik və yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri, polkovnik Hants Lampaltser də iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.