Siyasət

Dünya ayıldı - bundan sonra erməniləri sözlərindən tutmaq lazımdır

8 Noyabr 2017 17:02
0 Şərh     Baxış: 3 031

Ümid etmək olar ki, İspaniya Kataloniyası və İraq Kürdüstanındakı proseslər həddən artıq liberal olan Qərb ictimaiyyətini ayıltmalıdır. Separatizm və irredentizm sülhə və stabilliyə təhlükədir və Avropanın müharibədən sonra çətinliklə qurulmuş arxitekturasını silkələdə bilər. Güman edirəm ki, bundan sonra Azərbaycanın Ermənistanın təcavüzü və ərazilərimizi  işğal etməsi ilə bağlı arqumentləri daha yaxşı qəbul ediləcək.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov Day.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, erməni tərəfi İspaniya Kataloniyası və İraq Kürdüstanındakı separatçı hökumətlərin hərəkətlərindən böyük gözləntilərini və məmnunluğunu gizlətmirdi. Onlar bunda Dağlıq Qarabağın Azərbaycan Respublikasından ayrılmasının beynəlxalq səviyyədə tanınması xeyrinə əlavə arqument görürdülər. Lakin hadisələrin sonrakı gedişatından göründüyü kimi, separatçılar öz hesablamalarında beynəlxalq dəstək və anlayış məsələlərində yanılıblar. Belə ki, separatçı hərəkatlara beynəlxalq dəstək və anlayışın çoxalması əvəzinə əks reaksiya yaranıb:  


"Sosialist düşərgəsi ölkələrinin (SSRİ, Yuqoslaviya, Çexoslovakiya) dağılmasına mülayim yanaşan və yeni yaranmış müstəqil dövlətlərdə separatizmi (Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryanı münaqişələri) sadəcə sözdə ittiham edən dünya Krım və Donbas hadisələrinin fonunda bir az özünə gəldi. İspaniya Kataloniyası və İraq Kürdüstanındakı hadisələr isə onu daha çox ayıltdı".

Millət vəkili hesab edir ki, bundan sonra ermənilər Dağlıq Qarabağ məsələsinin xüsusi olduğuna dair boşboğazlıq edəndə dərhal onları sözlərindən tutmaq, idderendizm və Ermənistanın Azərbaycana birbaşa təcavüzü faktını qeyd etmək lazımdır
 

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.