Siyasət

Azərbaycanla Aİ arasında danışıqların keçiriləcəyi tarix açıqlandı

8 Noyabr 2017 13:37
Baxış: 661

Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq barədə yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 27-28-də keçiriləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib.

O, bildirib ki, danışıqların növbəti mərhələsi Brüsseldə baş tutacaq.

Qeyd edək ki, daha öncə danışıqların növbəti mərhələsi noyabrın 6-7-də keçirilməli idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.