Siyasət

"Münaqişələrin həlli üçün Rusiya ilə işləmək vacibdir" - ATƏT-in baş katibi

3 Noyabr 2017 14:57
2 Şərh     Baxış: 984

ATƏT baş katibi Tomas Qremingerlə Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Moskvada keçirilən görüşündə münaqişələrin həlli əsas müzakirə mövzularından olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov ATƏT baş katibi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, görüşdə Avropa məkanındakı münaqişələrin nizamlanması yollarını ətrafında geniş müzakirələr aparıblar: "İlk növbədə, Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etdik. ATƏT missiyasının bu münaqişənin nizamlanmasında fəaliyyətini dəstəkləyirik".
 
Rusiya XİN başçısı ATƏT-in Dnestrayanı və Balkanlardakı münaqişələrin həllində daha aktiv işləməsini istədiklərini bildirib.
 
O, Qremingerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdiklərini qeyd edib. S.Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə aktiv işlədiyini vurğulayıb.
 
Tomas Qreminger də görüşün əsas mövzularından birinin ATƏT məkanında mövcud münaqişələrin həlli olduğunu söyləyib: "ATƏT-də belə fikir var var ki, uzun müddətdir, davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də Rusiya ilə işləmək vacibdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.