Siyasət

"Bakı-Tbilisi-Qars dəmir yolu mövcud iqtisadi reallıqları dəyişəcək"

30 Oktyabr 2017 16:13
Baxış: 740

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı birgə strateji layihələrin uğurla reallaşdırılmasının bariz nümunəsidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BTQ-nin açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.

O, əmin olduğunu bildirib ki, yeni dəmir yolu mövcud iqtisadi reallıqları dəyişəcək və təkcə regionda yox, həm də onun hüdudlarından kənarda da inkişaf üçün yeni imkanlar yaradacaq: "Yük daşımaları ilə yanaşı BTQ ildə bir milyon sərnişinə də xidmət göstərəcək. Yeni dəmir yolunun işə salınması regionun nəqliyyat və ticarət statusunu möhkəmləndirəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.