Siyasət

Yeni mərhələ başlayır - Yeni səfirdən ilk şərh

30 Oktyabr 2017 09:29
Baxış: 1 285

Bakı-Tiflis-Qars dəmiryolu geniş coğrafiyanı bir-birinə birləşdirəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, sözügedən dəmiryol xətti yalnız Azərbaycan və Türkiyəni deyil, eyni zamanda, Pekindən Londona qədər böyük bir ərazini əhatə edəcək. 

Səfir iki ölkənin bir çox sahədə əməkdaşlığına da toxunub. O, mədəniyyət və elm sahəsində yüksək səviyyəli səfərlərin olacağını və bu görüşün iki qardaş ölkənin bir-birinə nə qədər sıx bağlı olduğunu sübut etdiyi deyib. X. İbrahim onu da vurğulayıb ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında hər iki prezidentin verəcəyi qərarlar bölgənin gələcəyinə ciddi təsir edəcək, "Bir millət, iki dövlət" olduğumuzu bir daha sübut edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.