Siyasət

"Saziş hər iki tərəf üçün yeni imkanlar açacaq"

24 Oktyabr 2017 09:13
Baxış: 1 076

"Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün yeni imkanlar açacaq".

Milli.Az xəbər veirr ki, bunu Trend-ə Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib.

Y.Şestak bildirib: "Bu saziş heç şübhəsiz Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıqda pozitiv atmosferin qorunmasına yardım edəcək.

Azərbaycan və Çexiya arasında parlamentlərarası münasibətlərdən danışan Senatının sədr müavini qeyd edib ki, hazırda bu əlaqələr yüksək səviyyədədir.

O vurğulayıb: "Bu münasibətləri gələcəkdə inkişaf etdirmək və əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı istək var".

İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Y.Şestak deyib ki, kənd təsərrüfatı, kimya sənayesi, matallurgiya əsas belə sahələrdir.

Qeyd edək ki, bu gün Çexiya sahibkarları Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar yatırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.