Siyasət

Soçidə festivalda erməni təxribatı - Bizimkilərdən cavab reaksiyası - FOTO

19 Oktyabr 2017 15:07
1 Şərh     Baxış: 2 175

Rusiyanın Soçi şəhərində "Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik" şüarı altında XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalı keçirilir. Festivalda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Milli.Az xəbər verir ki, XIX Ümumdünya Gənclər və Tələbə Festivalı Soçi şəhərində 14-22 oktyabr tarixlərində keçirilir və dünyanın 150 ölkəsindən, müxtəlif sahələrdən 20 mindən çox  gənc mütəxəssisi öz ətrafında toplayacaq. Festivalda "İrəli" İctimai Birliyinin, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndə heyəti iştirak edir.

XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalının açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmiləri iştirak ediblər. 

Festivalda Azərbaycan xüsusi stendlə iştirak edib. Stenddə Azərbaycan haqqında qeyd edilən məlumatlar yüksək diqqətə səbəb olubdur.  Forumda Azərbaycan stendinə, sərgi yerinə yaxınlaşan şəxslərə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumatlar çatdırılıbdır.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Milli.Az-a bildirib edib ki, erməni gənclər festivalda Azərbaycana qarşı təxribata əl atıblar: "Festival çərçivəsində keçirilən sərgidə erməni gənclər Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlar nümayiş etdiriblər. Festival çərçivəsində təxribatın şahidi olan Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və bu barədə forum iştirakçılarına məlumat verib. Ermənilərin təxribatının qarşısı alınması məqsədi ilə Azərbaycan nümayəndə heyəti festivalda 18 Oktyabr Dövlət Müstəqillik gününün qeyd olunmasına nail olub. Müstəqillik günümüzdə Dağlıq Qarabağ və onun ruhunu, Azərbaycanı əks etdirən çıxışlar olub, Azərbaycanın milli musiqiləri, eləcə də "Sarı gəlin" mahnısı ifa edilib. Həmçinin, iştirakçılara Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar paylanılıb, bəyanat nüsxələri verilib. Materiallarda Azərbaycan mətbəxinin zənginliklərini əks etdirən şəkərbura, paxlava kimi milli mətbəximizin nümunələri də öz əksini tapıb. Əlavə olaraq sosial şəbəkələrdə festival iştirakçıları üçün xüsusi məlumatlandırma haştaqlar müəyyənləşdirilib".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.