Siyasət

"Aİ və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar"

19 Oktyabr 2017 11:40
0 Şərh     Baxış: 1 033

Avropa İttifaqı (Aİ) və Azərbaycan bir-biri üçün mühüm tərəfdaşdırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanın rəqəmsal ticarət habı" I Beynəlxalq konfransında çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Bu gün Avropa İttifaqının payına Azərbaycan ixracının təxminən 50 faizi və idxalın 25 faizi düşür".

K.Yankauskas qeyd edib ki, son bir neçə ildə Aİ Azərbaycanı iqtisadiyyatın diversifikasiyası və ixracın genişləndirilməsi məsələlərində dəstəkləyir:

"Biz insanları keyfiyyətli iş yerləri ilə təmin edə bilən iqtisadiyyat üzərində birgə işləyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.