Siyasət

Dünya liderləri İlham Əliyevi təbrik etdilər

18 Oktyabr 2017 18:37
Baxış: 796

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Türkmənistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Türkmənistan ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, ticari-iqtisadi, sosial, mədəni-humanitar və digər sahələrdə daim möhkəmlənməsini və inkişaf etməsini qeyd etməkdən fərəh duyuram. Türkmənistan-Azərbaycan dövlətlərarası dialoqun daha da genişlənməsinə ölkələrimizin sadiqliyi hər iki xalqın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan xalqına isə ən səmimi təbriklərimi çatdırır, sülh və firavanlıq arzu edirəm".

X X X

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sizə ölkənizin və xalqınızın rifahı və inkişafı üçün ən xoş arzularımı çatdırıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi hökumətinizin Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı və qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi göstərir. Sizə "Beynəlxalq inkişaf naminə davamlı Turizm İli-2017"yə Azərbaycanın verdiyi çox dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm.

Bu səylərinizdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının davamlı dəstəyinə əmin olun. İnanıram ki, Azərbaycan və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

X X X

"RussNeft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi çox gözəl bayram - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu, respublikanızın çoxəsrlik tarixində əlamətdar hadisədir.

Azərbaycan xalqının ənənələri, onun nadir mənəvi və mədəni potensialı nəsildən-nəslə keçir.

Bu gün Azərbaycan çox güclü sosial-iqtisadi dəyişiklikləri, vətəndaşların rifahının durmadan yüksəlməsini, beynəlxalq aləmdə respublikanın nüfuzunu bütün dünyaya nümayiş etdirir.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan firavanlaşan güclü dövlət naminə genişmiqyaslı quruculuq yolunu davam etdirəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

XXX

"Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti" Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan:

"Hörmətli cənab Prezident. Milli bayram - Dövlət Müstəqilliyi Günü münasibətilə Sankt-Peterburqda yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan təbriklərimi qəbul edin.

Azərbaycan fəxr etməyə haqqı olan ölkədir! Müstəqilliyin bərpa edilməsindən keçən 26 il ərzində ümummilli liderimiz Prezident Heydər Əliyevin başladığı düzgün siyasət, habelə, cənab Prezident, şəxsən Sizin yürütdüyünüz ardıcıl, ölçülüb-biçilmiş müasir quruculuq siyasəti sayəsində Azərbaycan investisiyalara ehtiyacı olan ölkədən mədəniyyət, sosial inkişaf, təhsil, səhiyyə, tikinti, yollar salınması, idman və digər sahələrə milyonlarla sərmayə qoyan ölkəyə çevrilib.

Hörmətli cənab Prezident, heç şübhəsiz bu müsbət nəticələr ötən illər ərzində şəxsən Sizin yürütdüyünüz siyasət sayəsində qazanılıb. Bakıda Sizinlə görüşümüz haqqında ən səmimi xatirələr hələ də qəlbimdədir. Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm. Xahiş edirəm, Sizə dərin ehtiramımı qəbul edin".

XXX

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovdan:

"Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi Azərbaycan tarixində çox mühüm mərhələ, respublikanın müstəqilliyinin təşəkkülü kimi çətin bir yolun başlanğıcı olub.

Bu gün Azərbaycan müxtəlif sahələrdə müstəsna nəticələr nümayiş etdirən, uğurla inkişaf edən bir ölkə nümunəsidir. Bu, həqiqətən Sizin xidmətlərinizin nəticəsidir. Dövlətçiliyin möhkəmlənməsi, vətəndaşların rifahının yüksəlməsi, genişmiqyaslı iqtisadi dəyişikliklər, beynəlxalq aləmdə mövqelərin güclənməsi - bunlar respublikanın son illərdə qazandığı uğurların yalnız az bir hissəsidir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə xoşbəxtlik, möhkəm cansağlığı, nəzərdə tutduğunuz bütün planların gerçəkləşdirilməsi üçün tükənməz enerji və qüvvə, habelə ali dövləti vəzifənizdə, nəcib fəaliyyətinizdə bol-bol uğurlar diləyim.

Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.