Siyasət

"Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatdan kənara çıxdı"

18 Oktyabr 2017 13:41
Baxış: 1 829

"Bəyanat birgə bəyanatdır. Bəyanatın bütün mətnini prezidentlər diqtə edib. Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazir qeyd edib ki, danışıqlar substantiv olmalıdır: "Həmsədrlərin danışıqları ilin sonuna kimi necə aparmaq barədə konkret təkliflər var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Əsas məqsəd müzakirələri konkret aparmaqdır. Görüşün yeri və tarixi isə hələlik məlum deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.