Siyasət

"Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daim idarə olunur"

18 Oktyabr 2017 09:31
Baxış: 1 984

Ermənistan prezidenti Serj Sarkisyan müstəqil siyasət yeritməyi, danışıqlarda öz sözünü deməyi bacarmayan bir şəxsdir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Serj Sarkisyan daim himayədarlarının fikirləri ilə hərəkət edib və sona qədər də belə olacaq:

"Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu əvvəllər də olub. Çünki o öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır. Çünki o bir dövlət rəhbəri kimi tanınmır. Hamımız bilirik ki, bu gün Ermənistanı kim himayə edir, Ermənistanın himayəçisi kimdir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan kimdir. Sarkisyan ikilikdə olanda bəzi sayaqlamalar edə bilir. Amma görüşdən sonra onun havadarları ona bildirirlər ki, düzgün danışmamısan. O da vəziyyətdən çıxmaq üçün başqa bəyanatlar verir. Əvvəlki görüşlərdə də Sarkisyan belə olub. Gah görüşdə ürəyi gedir, gah özünü pis hiss edir. Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daim idarə olunur. Ona görə də buna təbii baxmaq lazımdır".

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.