Siyasət

"Qarabağ nizamlanmasında yeni təkan görməkdən məmnunuq" - ATƏT sədrliyi

17 Oktyabr 2017 21:49
Baxış: 837

Avstriyanın ATƏT-dəki sədrliyi  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşünü diqqətllə izləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT sədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
 
Bəyanatda həmçinin deyilir: "Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.