Siyasət

Deputat: "Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin gərginləşməsinə yönəlib"

16 Oktyabr 2017 11:14
Baxış: 1 438

Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin daha da gərginləşməsinə yönəlib .

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm beynəlxalq normalar, həm də mənəvi baxımdan yanlışdır.

Deputat hesab edir ki, bu addım münaqişənin həllinə deyil, şəraitin daha da gərginləşməsinə yönəlib.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.