Siyasət

Deputat: "Avropa Şurası belə qərəzli sənədlərlə heç nəyə nail ola bilməyəcək"

12 Oktyabr 2017 09:13
Baxış: 1 193

Azərbaycanın müstəqil siyasət yürütməsi, ancaq öz milli maraqlarını öndə tutması anti-Azərbaycan şəbəkəni, o cümlədən bir sıra dövlətləri, qrupları qane etmir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, bu gün Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul edilən sənədlər də məhz ölkəmizin müstəqil siyasət aparmasını istəməyən qüvvələrin əməlidir.

Deputatın sözlərinə görə, bu cür sənədlərin qəbul edilməsinin digər səbəbi də həmin qüvvələrin Azərbaycana başqa üsulla təsir və təzyiq edə bilməməsidir:

"Avropa Şurasına üzv olduğumuz dövrdə bu qurum bizə hansı problemlərimizin həllində kömək göstərib? Onlar ancaq Azərbaycandan tələb ediblər. Artıq tövsiyəsi də əmr formasına keçir".

Deputat deyib ki, AŞ PA belə sənədlərlə heç nəyə nail ola bilməyəcək: "Azərbaycan müstəqil dövlətdir, öz yolu ilə gedir. Bu cür qərəzli sənədlər qəbul edib ölkəmizə təzyiq göstərmək mümkün deyil".

Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" və "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar" mövzularında məruzələr qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.