Siyasət

Ermənilərdən İrana xəyanət

28 Sentyabr 2017 10:45
25 Şərh     Baxış: 4 463

"Aha, xoruzun quyruğu göründü. Dağlıq Qarabağ separatçılarının "Xarici İşlər Nazirliyi" bəyanat yayaraq Kürdüstanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumu dəstəklədiyini bəyan etdi. Bəyanatda bu cümlə yer alır: "Kürdüstanın müstəqilliyini qazanması onun müstəsna hüququdur". Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib özü isə susur. Çünki Ermənistan XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərlə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür. Kürdüstana görə İranla münasibətləri gərginləşdirmək isə Ermənistanın başını ağrıda bilər. Buna görə də İrəvan Qarabağdakı tərəfdarlarını irəli verib".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, ermənilərin Kürdüstana dolayısı ilə dəstəkləməsi İrana xəyanətdir: 

"Əslində, biz bu amildən istifadə edərək Tehrandan soruşa bilərik ki, budurmu sıx təmasda olduğun ermənilərin sənə töhfəsi? İrəvanın Kürdüstana dəstəyi İranın parçalanmasına dəstək deməkdir. Bu vəziyyətdə Azərbaycan XİN-nin bu mövzuda kiçik bir açıqlama verməməsi də təəssüf doğurur. Cənablar, İraqın ərazi bütövlüyünü birmənalı dəstəklədiyinizi və şimali İraqdakı referendumun yanlış olduğunu açıqlayın, ermənilərin ikili oyun oynadığını faş edin. Belə bir açıqlama həm də ona görə lazımdır ki, yerli milli azlıqların azsaylı radikalları şimali İraqdakı referendumdan həvəslənməsinlər".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.