Siyasət

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 17:54
Baxış: 936

Prezident İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına "Əməkdar artist" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir ki, Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar artist" fəxri adı verilsin:

Abdullayev Davud Bəxtiyar oğlu
Rəhimova Fəzilə Vaqif qızı

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, A.Bayramova Musiqi Mədəniyyəti Muzeyinin direktorudur.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.