Siyasət

Türk siyasətçi, teleaparıcı, alim və siyasətçi Xankəndidə - Onlar ermənilərə dəstək verdilər - FOTO

26 Sentyabr 2017 14:19
15 Şərh     Baxış: 6 683

""Qərb Ermənilərinin Milli Konqresinin Milli Şurası"nın təsisçisi Araqat Ahonyanın təşəbbüsü ilə Xankəndidə qarabağlı separatçılarla Türkiyədən gəlmiş siyasətçilər və mədəniyyət xadimlərinin görüşü olub. Görüşdən sonra mətbuat konfrası keçirilib".

Milli.Az bildirir ki, erməni mediasında yayılan xəbərdə belə deyilir.

Səfəri Ermənistandakı "Veradarts" ("Qayıdış") fondu təşkil edib.

İşğal altında olan, separatçı rejimin idarə etdiyi Xankəndidəki mətbuat konfransında Türkyə Yaşıllar və Gələcək Partiyasının (Yeşiller ve Sol Gelecek Partisi) yetkilisi, "Ankara Düşüncə Platforması" qeyri-hökumət təşkilatının rəhbəri, sabiq millət vəkili Ufuk Urasın başçılıq etdiyi, Türkiyədən Xankəndinə gəlmiş nümayəndə heyəti vardı.

Türkiyədən Ermənistana yollanan, oradan da Dağlıq Qarabağa keçən nümayəndə heyətinə U.Uras, yazıçı Əli Bayramoğlu, yazıçı və teleaparıcı Erol Katırçıoğlu, yazıçı Səid Çəkinoğlu daxildilər.

"Xankəndidə bizi çox mehriban qarşıladılar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik" söyləyən U.Uras qondarma "erməni soyqırımı"nın da Türkiyə tərəfindən rəsmən tanınmasını arzuladığını söyləyib.

Dağlıq Qarabağa yollandığı üçün Azərbaycan XİN-nin "qara siyahı"sına düşməkdən çəkinib-çəkinməməsi barədə erməni jurnalistin sualını cavablayan U.Uras deyib: "Bizdə bir məsəl var: "İslanmışın yağışdan qorxusu olmaz". Xankəndiyə səfərimizin hansı siyasi sonuclarının olacağını bilmirəm. Sadəcə, demək istəyirəm ki, rəsmi Bakının mövqeləri ilə bağlı etirazlar mövcuddur və bunu da Bakının diqqətinə çatdırmaq istəyirik. Biz sülh arzulayırıq, Xankəndiyə də buna görə gəldik".

U.Urasın dediyinə görə, arvadı Zeynep Uras İstanbulda "Ermənilərdən üzr istəyirik!" sloqanlı aksiya keçirdiyi üçün işdən qovulub.

Yazıçı və siyasi fəal Səid Çekinoğlu isə bildirib: "Mən ermənilərə, Pont yunanlarına və assuriyalara qarşı illər boyu soyqırım tətbiq edildiyi yerdən gəlmişəm. Soyqırım problematikası üzrə mütəxəssisəm. Belə nəticəyə gəlmişəm ki, Dağlıq Qarabağ münaqişəsi və soyqırım arasında oxşarlıqlar, əlaqələr var".

S.Çekinoğlunun fikrincə, bir zamanlar Osmanlı Türkiyəsinin müttəfiqi olmuş Almaniya və Avstriya qondarma "erməni soyqırımı"nı tanıdığından Türkiyə də bunu etməlidir.

"Düşünürəm ki, Türkiyə-Ermənistan sərhədi qeyd-şərtsiz açılmalıdır. Çünki Türkiyədə cəmiyyətin əksər hissəsi bunu istəyir", - S.Çekinoğlu söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.