Siyasət

Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxıb - YENİLƏNİB - FOTO

25 Sentyabr 2017 20:41
Baxış: 2 764

20:41

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində "A" qrupunda Azərbaycan-Almaniya görüşü olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Almaniya idmançılarını 3:1 hesabı ilə məğlub edərək (19:25, 25:19, 25:18, 25:18 ) Avropa çempionatının dörddəbir finalına yüksəlib.

----------

18:47

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində "A" qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Bu oyunun nəticəsində "A" qrupundan dörddəbir finala birbaşa yüksələn komanda müəyyənləşəcək.

Hazırda Azərbaycan milli komandası 6 xalla qrupda birinci sıradadır. Almaniya yığması isə 4 xalla üçüncü sıradadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.