Siyasət

Stavropolda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

25 Sentyabr 2017 15:46
Baxış: 683

Sentyabrın 28-də Stavropolda VIII Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.

Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.