Siyasət

Baş nazirin müavini: "Türkiyə-Azərbaycan münasibətləri İslam dünyası üçün nümunədir"

25 Sentyabr 2017 13:05
0 Şərh     Baxış: 894

Türkiyə və Azərbaycan arasında münasibətlər bütün İslam dünyası üçün nümunədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ankarada İslam ölkələri arasında münasibətlərə həsr olunmuş konfransda Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ qeyd edib ki, Türkiyə və Azərbaycan "bir millət - iki dövlətdir".

Nazir müavini onu da bəyan edib ki, bütün müsəlman ölkələri daha da güclü olmaları üçün öz aralarında münasibətlərini inkişaf etdirməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.