Siyasət

ABŞ mediasında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olundu

25 Sentyabr 2017 11:05
0 Şərh     Baxış: 1 097

ABŞ-ın "International Policy Digest" saytında Azərbaycanın Şotlandiya və İrlandiya üzrə məsləhətçisi Fuad Ələkbərovun "Kremlin's Karabakh Gambit" (https://intpolicydigest.org/2017/09/20/kremlin-s-karabakh-gambit/) məqaləsi dərc olunub. Məqalədə Rusiyanın Qarabağ siyasəti barədə ətraflı məlumat verilir.

Bu barədə Milli.Az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Yazıda Azərbaycan və Ermənistanın Rusiya ilə münasibətlərinin xüsusi səciyyə daşınması məsələsinə toxunulur.
Məqalədə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsində Rusiyaya qarşı Azərbaycan "inteqrasiyaçı", Ermənistan isə "obstruktiv" mövqe tutur. Rəsmi Moskvanın İran və Türkiyə ilə geostrateji əməkdaşlıq səviyyəsində yaxınlaşması və davamlı Avrasiya siyasəti, Azərbaycan - Rusiya münasibətlərində müəyyən müsbət nəticələr yarada bilər.

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.