Siyasət

Nalbandyan həmsədrlərlə görüşüb

23 Sentyabr 2017 11:51
0 Şərh     Baxış: 1 404

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün "Twitter" səhifəsində yazıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
 
Bu gün həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.
 
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorkda həmsədrlərlə görüş keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.