Siyasət

"Nalbandyan özünü gülünc vəziyyətinə qoyur" - XİN

22 Sentyabr 2017 18:51
Baxış: 1 470

BMT Baş assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sentyabrın 22-də ATƏT-in Minsk qrupunun həmsədrləri, 23 sentyabrda isə həmsədrlərin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

Bu barədə Milli.Az-a Ermənistan xarici işlər naziri E.Nalbədyanın açıqlaması il əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya Prezidentlərin mümkün görüşü və Minsk Qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir. Bu əsassız iddiası ilə E.Nalbandyan yenə də özünü gülünc vəziyyətinə qoyur və həmsədrləri "ciddi danışıqlar imkanı olmayan" "turist" və ya yalnız "tədbir təşkilatçısı" kimi təqdim etməyə çalışır. Gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyildir. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoaqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açılıb. İndi Ermənistan xarici işlər naziri E.Nalbəndyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır.

E.Nalbəndyandan fərqli olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə hal-hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaqdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.