Siyasət

Azərbaycan və Qırğızıstan gömrük xidmətləri arasında protokol təsdiq edildi

22 Sentyabr 2017 18:07
Baxış: 717

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Bu fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.