Siyasət

Polşa prezidenti: "Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir"

20 Sentyabr 2017 14:52
0 Şərh     Baxış: 1 259

Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər.

APA-nın "newsarmenian.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. "Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir", - deyə o, söyləyib.

S.Sarkisyan da, öz növbəsində, bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.