Siyasət

Belçikalı hakim Sorosun Azərbaycan üzərinə Səlib yürüşü barədə - FOTO

20 Sentyabr 2017 11:51
Baxış: 989

Son zamanlar Azərbaycana qarşı növbəti hücuma keçmiş qərb KİV-ləri "fərdi terror" taktikası seçiblər və tək hədəflərə üstünlük verməyə başlayıblar. Bu hədəflər bu və ya digər şəkildə Azərbaycanla əlaqəli olan şəxslərdir və yeganə günahları Qarabağ münaqişəsi zamanı baş vermiş hadisələrə fərqli baxışlarının olmasıdır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu dəfə hədəfdə Belçika Konstitusiya Məhkəməsinin 12 hakimindən biri, adı "Azərigeyt"də (Qərbdə yeni anti-Azərbaycan kampaniyasını belə adlandırıblar) hallanan Jan-Pol Murmandır.

Belçikada dərc olunan "L'Echo" nəşri qeyd edir ki, Murman bir neçə dəfə Azərbaycanda olub. Lakin bu sirr deyil. Cənab Murman dəfələrlə Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar verib və nəzərə alınmalı olan konkret AŞ qətnamələrinin olduğunu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.