Siyasət

Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında danışıqların tarixi açıqlanıb

19 Sentyabr 2017 17:15
Baxış: 1 297

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişin ticarət və digər sahələri üzrə danışıqlar gələn həftə Brüsseldə keçiriləcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşıdır: "Biz münasibətlərimizi daha da yaxşılaşdırmaq və yeni ikitərəfli saziş çərçivəsində bütün potensialımızdan istifadə etmək istəyirik".

K.Yankauskas xatırladıb ki, Aİ Şurasının prezidenti Donald Tusk və Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevralında Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların başlayacağını elan etmişdi: "Danışıqlar davam edir və həm Bakıda, həm də Brüsseldə, eləcə də videokonfranslar vasitəsilə heç bir ləngimə olmadan daimi əsasda davam etdirilir".

Aİ nümayəndəliyinin rəhbəri onu da deyib ki, bu günədək müzakirələr konstruktiv məcrada davam edib və hər iki tərəf sazişin qəbul olunması üçün güclü iradə nümayiş etdirir: "Biz danışıqların növbəti plenar raunduna hazırlaşırıq. Bu danışıqlar yaxın zamanlarda baş tutacaq və biz əminik ki, danışıqlar prosesindəki müsbət mühit qorunub saxlanacaq. Həm Bakı, həm də Brüssel hər iki tərəfə xeyir gətirəcək, Aİ ilə Azərbaycan arasında münasibətlərin xarakterini daha yaxşı əks etdirəcək və tərəflər arasında mövcud hüquqi əsasları yeniləyəcək sazişin əldə edilməsində maraqlıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.