Siyasət

Rusiya hərbi gəmiləri Bakı sahillərində - VİDEO - FOTO

19 Sentyabr 2017 14:55
2 Şərh     Baxış: 1 857

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Velikiy Ustyuq" kiçik raket gəmisi və "MB-58" dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakıya gəlib - 19.09.2017

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.