Siyasət

Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək"

18 Sentyabr 2017 17:50
1 Şərh     Baxış: 1 547

"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir və ATƏT-in Minsk qrupunun həmsədri qismində münaqişə tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, ABŞ-ın çoxillik siyasəti onunla ifadə olunur ki, ədalətli həll yolu Helsinki Yekun Aktı, güc tətbiq etməmə və ərazi bütövlüyü prinsiplərini özündə ehtiva edən beynəlxalq hüquqa əsaslanmalıdır: "Amma yekun nəticədə sülhə görə məsuliyyət Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə düşür".

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında təhlükəsizlik, iqtisadiyyat və energetika, demokratiya və idarəetmə kimi aspektlərə əsaslanan güclü tərəfdaşlıq mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.