Siyasət

"Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək"

16 Sentyabr 2017 12:33
Baxış: 2 570

"Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün keçirlən mətbuat konfransında deyib.

Nazir müavini xatırladıb ki, sentyabrın 11-14-də Moskvada keçirilən "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində ermənilər Ermənistanın stendinin qarşısında tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın bayrağını yerləşdirməyə cəhd ediblər.

S.Babayev əlavə edib: "Biz dərhal bu təxribatın qarşısını ala bildik".

Xatırladaq ki, sentyabrın 11-də "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin bayrağının yerləşdirilməsinə cəhd edilib.

Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.