Siyasət

Metroda şagirdlərə hədiyyə paylandı - FOTO

15 Sentyabr 2017 16:04
0 Şərh     Baxış: 2 124

Sentyabrın 15-i "Bilik Günü" münasibəti ilə Bakı Metropolitenində artıq ənənəyə çevrilən sosial yönümlü tədbir keçirilib.

Milli.Az xəbər verir ki, paytaxtımızın təhsil ocaqlarının yaxınlığında yerləşən metro stansiyaların vestibüllərində təşkil olunan sosial layihənin məqsədi metrodan istifadə edən məktəbliləri təbrik etmək, onlara yeni dərs ilində uğurlar arzulamaq olub.

Bakı Metropoliteninin istifadəyə verilməsinin 50-ci ilində metronun azyaşlı sərnişinlərini bayram töhfəsi ilə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və metropolitenin digər əməkdaşları sevindiriblər.

"28 May" stansiyasının əsas vestibülündən başlayan tədbir daha sonra digər stansiyalarda davam edib. "Bilik Günü" münasibəti ilə təşkil olunan sosial layihə məktəblilərlə yanaşı, sərnişinlərin də ovqatını yüksəldib.

Bayram tədbiri ibtidai sinif şagirdlərinin, xüsusən də bu il birinci sinfə gedənlərin ürəyincə olub. Məktəblilər arasında keçirilən maraqlı müsabiqədə metropolitenə aid sualları düzgün cavablandıran birinci sinif şagirdlərinə, həmçinin metropolitendən istifadə edən məktəblilərə maraqlı hədiyyələr təqdim olunub.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.