Siyasət

AŞ PA həmməruzəçiləri Azərbaycan rəsmiləri ilə müzakirələr aparıblar

14 Sentyabr 2017 17:45
Baxış: 490

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycan Parlamentində olublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmməruzəçilər Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Görüşlərdə Azərbaycanla AŞ PA arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, AŞ PA ilə Azərbaycan arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.