Siyasət

Yeni Zelandiyanın və Çin mediasının diqqətində olan azərbaycanlı siyasətçi

13 Sentyabr 2017 20:42
3 Şərh     Baxış: 627

Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədovun sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacağı ilə bağlı məlumat yayılıb.

Azərbaycan əsilli siyasətçinin parlament seçkilərində iştirak etməsi sevindirici haldır. Dünyanın hər bir yerində yaşayan soydaşlarımızın uğurları Azərbaycanın nailiyyəti sayılmalıdır. Onlar heç bir zaman vətənlə öz bağlarını itirmirlər. Tofiq Məmmədov da belə insanlardandır. Siyasətçi deputat seçiləyi təqdirdə Yeni Zelandiya və Azərbaycan arasında əlaqələrin inkişafına dəstək verəcəyini qeyd edib.

Milli.Az bildirir ki, bu sözləri siyasətçi diaspor hərəkatının fəallarından Elnur Eltürklə söhbətində söyləyib.

Siyasətçi Azərbaycanla fəxr etdiyini bildirib: 

"Vətənimlə qürur duyuram. İldə bir dəfə vətənimə gəlirəm. Bu gün Yeni Zelandiyada 15 azərbaycanlı ailəsi yaşayır. Tez-tez görüşürük və ölkəmizlə bağlı ənənələrin qorunmasına çalışırıq.  Vətənim daima diqqətimdədir. Orada baş verənləri izləyirəm.

Hələ bir müddət əvvəl iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı diplomat vəzifəsində çalışan Araz Xasıyevlə  söhbətlərimiz olmuşdur. Maraqlı planlar müzakirə etmişdik. 

Deputat kimi iki ölkə arasında əlaqələrin daha çox inkişaf etməsinə çalışacam. İlk səfərimi vətənimə edəcəyimi düşünürəm", - deyə Tofiq Məmmədov qeyd edib.

Qeyd: Yeni Zelandiyanın və Çinin tanınmış  media orqanları Tofiq Məmmədovun fəaliyyəti haqqında geniş yazılar dərc ediblər.

http://www.times.co.nz/news/politics/election-2017/im-need-anything/
http://www.times.co.nz/news/politics/election-2017/these-are-your-election-candidates/
http://www.times.co.nz/news/we-needed-this-for-morale/
http://www.epochtimes.com/b5/17/9/8/n9610063.htm

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

3 Şərh:

  • Anonim
    X · 13 Sentyabr 20:4720

    Ugurlar Allah can sagligi versi

    Cavab yaz
  • Anonim
    vetensiz · 13 Sentyabr 21:1510

    Başin uca olsun

    Cavab yaz
  • Anonim
    Yashil eynekli · 13 Sentyabr 21:4400

    Ugur olsun iwlerinde bir az cinlilere oxwuyur kitay mallarini kefiyyetine baxar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.