Siyasət

Azərbaycan və Pakistan hərbi aviasiyaya dair danışacaqlar

13 Sentyabr 2017 18:54
Baxış: 735

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın Azərbaycana səfəri zamanı Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Pakistanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

S.Amanın səfəri sentyabrın 19-22-də baş tutacaq.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.