Siyasət

AŞ PA həmməruzəçiləri Mehman Əliyevin həbsdən buraxılmasını alqışladı

13 Sentyabr 2017 18:05
Baxış: 1 605

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıya "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, AŞPA həmməruzəçiləri bildiriblər ki, M.Əliyevin azad olunması müsbət bir addımdır.

Qeyd edək ki, Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.