Siyasət

İran XİN: "Prezidentlərin sammitində regional və beynəlxalq məsələlər müzakirə ediləcək"

11 Sentyabr 2017 13:40
0 Şərh     Baxış: 1 553

Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir.  

Milli.Az bidirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualının cavabında bildirib. B.Qasimi deyib ki, İranla Azərbaycan, İranla Rusiya və Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq: "Görüşdə Ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq prespiktivləri müzakirə olunacaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir".
 
XİN sözçüsü toplantının tarixini açıqlamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.