Siyasət

Deputat: "Ermənistan öz müttəfiqini satmağa hazır olduğunu bir daha göstərdi"

24 Avqust 2017 11:45
Baxış: 1 392

Ermənistan müttəfiqi adlandırdığı Rusiyanın gərgin münasibətlərdə olduğu NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməklə özünün ikiüzlü siyasətini bir daha ortaya qoyur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, Ermənistan öz təcavüzkar siyasəti nəticəsində regionda təcrid olunmuş vəziyyətə düşdüyündən vaxtaşırı belə variantlara əl atır:

"NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmaqla Ermənistan uzun illərdən bəri apardığı ikiüzlü siyasəti davam etdirir. Ancaq bütün dünyaya bəllidir ki, Ermənistan faktiki olaraq tam şəkildə Rusiyanın nəzarəti altındadır. İndi dünyada Rusiyaya qarşı müəyyən təzyiqlər, sanksiyalar tətbiq olunduğuna görə Ermənistan çalışır ki, özünə daha güclü havadarlar tapsın, tədricən Rusiyadan uzaqlaşsın. Yəni Ermənistan hakimiyyəti hər an öz müttəfiqini satmağa hazır ikiüzlü rejim olduğunu bir daha göstərir. Təbii ki, Avropa da, Rusiya da Ermənistanın bu ikiüzlü siyasətini görür".

Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu cəhdləri əbəsdir: "Onlar anlamalıdırlar ki, düşdükləri fəlakətli vəziyyətdən çıxış yolu qonşu dövlətlərə, ilk növbədə, Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməkdən, işğal olunmuş torpaqların qeyd-şərtsiz boşaldılmasından keçir. Əks təqdirdə, Azərbaycan Ordusu işğal olunmuş torpaqları azad etməyə tam hazırdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.