Siyasət

Müdafiə naziri: “Bizə göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq”

23 Avqust 2017 17:35
0 Şərh     Baxış: 1 047

Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib.

Milli.Az APA-ya istinadən bildirir ki, nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: "Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq. Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik. Yüksək əməkdaşlıq sayəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olmuşuq".
 
Nazir deyib ki, yanğın ocaqları minimallaşdırılsa da, külək yanğının qarşısının tam alınmasına mane olur: "Azərbaycan və digər ölkələrin göstərdiyi kömək sayəsində yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.