Siyasət

"Gürcüstana ilk vacib kömək Azərbaycandan gəldi" - YENİLƏNİB

22 Avqust 2017 15:47
1 Şərh     Baxış: 2 009

15:47

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə ərazisində davam edən meşə yanğınları ilə bağlı xüsusi bəyanatla çıxış edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  baş nazir təbii fəlakətin aradan qaldırılmasında qonşu ölkələrin göstərdiyi köməyi yüksək qiymətləndirib. "Gürcüstana ilk vacib kömək Azərbaycandan gəldi. Dünən Azərbaycandan gələn helikopter artıq yanğının söndürülməsində iştirak edir. Türkiyənin göndərdiyi iki helikopter də tezliklə prosesə qoşulacaq. Ermənistan da yanğınsöndürmə briqadaları göndərib", - deyə G.Kvirikaşvili söyləyib.
 
Hökumət başçısı qeyd edib ki, Rusiya tərəfi də Gürcüstana kömək göstərməyə hazırdır, lakin onların yardımına ehtiyac yoxdur.   

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.

---------

13:54

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə qonşu ölkələrə təşəkkür edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı keçirdiyi brifinqdə deyib. "Mən, təbii fəlakətin aradan qaldırılmasında bizə kömək edən Azərbaycan və Türkiyəyə minnətdarlığımı bildirirəm", - o söyləyib.
 
Prezident qeyd edib ki, yanğının aradan qaldırılması üçün bütün dövlət resursları səfərbər edilib. O, əhaliyə müraciət edərək yaşayış məntəqələrinin təhlükə altında olmadığını diqqətə çatdırıb.
 
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir. Yanğının söndürülməsi prosesində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri də iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının aradan qaldırılmasına cəlb olunacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.