Siyasət

"Qadınlar kişilərdən daha məsuliyyətlidir" - Keçmiş prezident - YENİLƏNİB - FOTO

22 Avqust 2017 12:16
Baxış: 947

Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu çərçivəsində panel müzakirələri aparılır. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Qadın və kişilər fərqli şəkildə liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib nəyi öyrənə bilərik?" adlı panel müzakirəsində çıxış edən Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko qadın məsələsinin dünyanın ən aktual məsələlərindən biri olduğunu bildirib. O deyib ki, lider qadın daha çox kişi kimi davranan qadınlardan çıxır: "Dünyada müxtəlif yerlərdə qadınlara olan münasibət fərqlidir. Bu da ilk növbədə mədəniyyətdən irəli gəlir. Qloballaşma bir tərəfdən insanların bir-birini anlamasına yol açırsa, digər tərəfdən də gender sahəsində balanslaşdırmaya səbəb olur".
 
Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev rəhbərlik etdiyi dövrlərdə komandasında qadınların rolundan danışıb. O bildirib ki, qadınlara daha çox məsuliyyət ötürmək qadın liderliyinin əsasını qoyur: "Kişilər işə əvvəldən həvəslə başlayır, sonra düşmə müşahidə olunur. Qadınlar isə hər zaman məsuliyyətlidir".
 
Daha sonra çıxış edən Liviyanın Aİ-dəki keçmiş səfiri Farida Allaghi qeyd edib ki, bəzi cəmiyyətlərdə məktəbdə, ailədə tərbiyəçilər tərəfindən oğlanlara onların kişi və lider olduğu təbliğ edilir: "Hər şey uşaqlıqdan başlayır. Qadınlara da eyni münasibət sərgilənməlidir. Qadınlar özlərindən əmin olmalıdırlar, özlərinə inanmalıdırlar. Hətta Avropada, BMT-də qadınlara qarşı ayrı-seçkilik var. BMT hər zaman əsas qərarlarında, münaqişələrin həlli üzrə danışıqlarda kişilərə yer verir". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.