Siyasət

Zatlers: "Bakının bu cür tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var"

21 Avqust 2017 11:25
Baxış: 900

Gənclər Forumunun keçirilməsi çox gözəl ideyadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda başlayan Qlobal Gəncd Liderlər Forumunda iştirak edən Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko deyib. O bildirib ki, belə forumlar savadlı gənclərə böyüklərin təcrübəsini öyrənmək imkanı yaradır: "Mən foruma 18 yaşlı qızımla qatılıram. Ona Azərbaycanın nə dərəcədə gözəl olmasını göstərməkdən məmnunam. Azərbaycan bu forumu çox gözəl təşkil edib".
 
Latviyanın keçmiş prezidenti Valdis Zatlers isə qeyd edib ki, Gənc Liderlər Forumu gənclərin müxtəlif ölkələrin mədəniyyətlərini daşıyan təcrübəli insanlarla görüşdüyü bir platformadır: "Bu forum sayəsində onlar müxtəlifliklərlə dolu dünyada gənclərin rolunu müəyyənləşdiririlər. Bakı bunun üçün ən gözəl məkanlardan biridir. Şəhərin bu cür tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var. Bu tədbir gənclərin də iştirakını özündə birləşdirən yeni ideyadır".
 
Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev isə Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan prezident olmaqdan və ölkə ilə dostluğundan şərəf duyduğunu vurğulayıb. O xatırladıb ki, Bolqarıstan prezidenti qismində Cənubi Qaz Dəhlizi layihəsinin açılışında iştirak edib: "Mənim prezidentliyim dövründə Azərbaycandan ildə bir milyard kubmetr qazın alınması barədə saziş imzalandı. Mən bu əlaqələrin daha da inkişaf etməsinə səy göstərən prezident olmaqdan şərəf duyuram. Bolqarıstanla Azərbaycan arasında çox sıx dostluq və iqtisadi əlaqələr mövcuddur".
 
Qeyd edək ki, bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu başlayıb. Forumda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gəlib. Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak edirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.