Siyasət

Ərdoğan Bakıya niyə gəlir?

18 Avqust 2017 16:23
1 Şərh     Baxış: 3 724

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 10-11 sentyabrda Azərbaycana gələcək. Səfərin aktuallığını artıran məqamlar hansılardır?

Milli.Az xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bununla bağlı öz fikirlərini bölüşüb.

Politoloqun fikrincə, Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı Bakıda müzakirə ediləcək bir neçə məsələ var:

"Birincisi, Bakı-Tiflis-Qars dəmiryolu tamamlanıb. İkincisi, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşaatı sürətlə gedir. Üstəgəl, Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır. Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var. Dördüncüsü, Fətullah Gülənin vaxtilə xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi, aparılan tədbirlər nəticəsində qol-qanadı qırıldı, ancaq nəfəs aldığına dair Ankaranın şübhələri ola bilər. Fikrimcə, Ərdoğan əməkdaşlıqdakı sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək baxımından Bakıya gəlir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.