Siyasət

"Qarabağ bizim torpağımız deyil!"

18 Avqust 2017 16:02
2 Şərh     Baxış: 3 407

Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub.

İşğalçı ölkənin ordusundakı qətllərin və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər. Etirazçılardan biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs Serj Sarksiyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb. Vətəndaşlar bildirirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdırlar, ya qətlə yetirilirlər, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs oğullarını Ermənistan ordusundan yayındırsın. Əsasən də gəncləri Qarabağa göndərməkdən çəkinməyə səsləyiblər. "Qarabağ bizim torpağımız deyil, uşaqlarınızı rejimin qurbanına çevirməyin", - deyə valideynlər bildiriblər. Onlar qeyd ediblər ki, cəbhədə vəziyyət daha acınacaqlıdır. Hərbi hissələrdə sosial şərait bərbad vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözülməz şəraitdə yaşayırlar. Hərbi hissədə intizamsızlıq hökm sürür. Belə vəziyyətdə övladlarının sağ qayıtması ailələr üçün böyük bir möcüzə olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.