Siyasət

Azərbaycan və Rusiyanın BMT yanında daimi nümayəndələri görüşüblər

17 Avqust 2017 19:22
0 Şərh     Baxış: 621

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Rusiya Federasiyasının BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi Vasili Nebebzya ilə sonuncunun müraciəti əsasında görüşüb.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyəsindən, xüsusən hər iki ölkə prezidentinin dostluq münasibətlərindən məmnunluq ifadə edilib və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və bu xüsusda BMT yanında Daimi nümayəndəliklər arasında təmasların əhəmiyyətini vurğulayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.