Siyasət

Rusiyanın tanınmış azərbaycanlı vəkili - FOTO

16 Avqust 2017 16:14
0 Şərh     Baxış: 1 124

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Rusiyanın ən məhşur vəkillərindən biri, həmyerlimiz Elman Paşayevlə görüş keçirilib.

Milli.Az Trend-ə stinadən xəbər verir ki, görüşdə tanınmış vəkilin fəaliyyəti, uğurları və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində görə biləcəyi işlər barədə danışılıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli diqqətə çatdırıb ki, son illərdə Moskvada baş tutmuş və hüquqları müdafiə olunan tərəfin qələbəsilə başa çatmış əksər məhkəmə proseslərinin altında məhz həmyerlimiz Elman Paşayevin imzası durur.

E.Həsənli qeyd edib ki, E.Paşayev Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görüb.

Daha sonra E.Paşayev təhsili və fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Moskva Hüquq İnstitutunu və Moskva Dövlət Hüquq Akademiyasını bitirib və 2004-cü ildən hüquqi fəaliyyətə başlayıb. E.Paşayev ABŞ və digər ölkələrdə ixtisas artırma kurslarında təhsil alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.