Siyasət

Həmsədr: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri birbaşa danışıqları bərpa edəcəklər”

16 Avqust 2017 10:27
Baxış: 605

Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər.

Milli.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. "Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər" , - o bildirib.
 
R.Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.