Siyasət

"Ölən düşmən əsgəri üçün göz yaşı tökməliyik?" - Millət vəkili

15 Avqust 2017 12:26
13 Şərh     Baxış: 5 440

"Dünən Azərbaycanın Ermənistan tərfindən işğal edilmiş ərazisində düşmən ölkənin əsgəri aldığı güllə yarasından həlak olmuşdur. Bu gün isə bəzi Azərbaycan saytları həmin əsgərin şəklini verməklə yanaşı sızıltı ilə onun ailənin tək oğlu olduğunu da vurğulayıblar. Düşmən əsgərinin şəklini verməkdə və onun ailə vəziyyətini yazmaqda məqsəd nədən ibarətdir? Bunu başa düşə bilmirəm".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, düşmənin halına acımaq yolverilməzdir: "Həmin əsgər düşməndir, o, mənim torpağımda işğalı davam etdirməkdən ötrü gəlib. O, hər an Azərbaycan əsgərini öldürməyə hazır olub. O, dövlətinin ondan istifadə etməsindən xəbərdar olub. İki yaşlı Zəhra Quliyevanı və onun nənəsini öldürən, mərmini atan əsgərlər də ailənin tək oğlu olan cavan oğlanlar idi. Ancaq onlar hamısı düşmən ordusunun əsgərləridir. Onlar torpaqlarımızı işğalda saxlayırlar. İlin əvvəlində Ermənistanın işğal altındakı torpaqlarda məhv edilmiş əsgərinin Moskvada yaşayan bacısı sosial şəbəkədə bir status paylaşmışdı. O, Qarabağda ölən qardaşının evin tək oğlu olduğunu bildirərək onun qisasını Moskada yaşayan azərbaycanlı oğlanlardan alacağını elan etmişdi.

İndi biz ona göz yaşı tökməliyikmi? Onun ailəsi ilə yanaşı ürəyimizdən qara qanlarmı axmalıdır? Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırıq?

Düşmən əsgərinın itkisinə ürək yanğısı ilə yanaşmaq, onun şəklini və tərcümeyi-halının xırdalıqlarının verilməsi heç də hərbi-vətənpərvərlik hissinin təbliğinə kömək etmir, sabahkı gənc əsgərlərdə düşmənə nifrət hissini formalaşdırmır, onun sabah cəbhə xəttində mətin qulluğuna kömək etmir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.